BAKI, 28 sentyabr. TELEQRAF
Stiven Gillen ABŞ-nin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizəd göstərilib.
Teleqraf xəbər verir ki, qərarı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qəbul edib.
ABŞ-nin Qırğızıstandakı yeni rəsmi nümayəndəsinin namizədliyi bundan əvvəl təsdiq üçün Senata göndərilib.
Stiven Gillen 2021-ci ilin fevralından 2024-cü ilin iyununa qədər ABŞ prezidentinin girov məsələləri üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə ABŞ dövlət katibinin köməkçisinin müavini olub və Yaxın Şərq, beynəlxalq əmək münasibətləri, təhlükəsizlik və insan hüquqları məsələlərinə nəzarət edib.
ABŞ-nin Minsk, Bağdad və Sarayevodakı səfirliklərində çalışıb, həmçinin İraqdakı baş konsulunun müavini vəzifəsini tutub.
Xatırladaq ki, ABŞ-nin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lesli Vigeri ölkədəki diplomatik missiyasını başa çatdırıb.