BAKI, 18 sentyabr. TELEQRAF

Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecə saatlarında ölkənin bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 629 dronu vurub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın dron hücumu Həştərxan, Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan, Smolensk, Tula, Krasnodar, Adıgey və Moskva vilayətlərini, eləcə də işğal edilmiş Krım yarımadasını, Azov və Qara dənizləri əhatə edib.