BAKI, 17 sentyabr. TELEQRAF

Rusiya müxalifətinin mərhum lideri Boris Nemtsovun qızı Janna Nemtsova barəsində Rusiyada arzuolunmaz təşkilatın fəaliyyətinin təşkil edilməsi işi üzrə beynəlxalq axtarış elan edilib.

Teleqraf xəbər verir ki, məhkəmə iclasında jurnalist barəsində qiyabi həbs qərarına qarşı müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə baxılıb.

Zamoskvoretski məhkəməsi iyulun 31-də Janna Nemtsovanı saxlanıldığı andan etibarən iki ay müddətinə qiyabi qaydada həbs edib. Ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin 3-cü maddəsi üzrə Rusiyada arzuolunmaz hesab edilən xarici və ya beynəlxalq təşkilatın fəaliyyətinin təşkilinə görə ittiham irəli sürülüb.

Nemtsovanın müdafiə tərəfi onun barəsində qiyabi həbs qərarından şikayət verib.