BAKI, 11 sentyabr. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Saratov şəhərində “Ozon” şirkətinin logistika mərkəzinə dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Şirkət də məlumatı təsdiqləyərək, hücumdan sonra mərkəzdən yanğının baş verdiyini bildirib. Şirkət sifarişlərin və malların qəbulunu dayandırıb.
Ukrayna ordusu Saratov neft emalı zavoduna da zərbələr endirib. Hücumdan sonra müəssisədə yanğın baş verib.
Saratov neft emalı zavodu Rusiyanın neft emalı sənayesinin ən köhnə müəssisələrindən biridir. 1934-cü ildə yaradılıb, 2013-cü ildən “Rosneft” şirkətinin strukturuna daxildir.