BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Moskvada restoranlardan birində işgüzar nahar zamanı görüntüləniblər.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ rəsmiləri bu gün Rusiya Prezidenti Vladimir Putin tərəfindən də qəbul ediləcək.

Stiven Uitkoff və Cared Kuşner Moskvadakı təmaslarından sonra Ukraynaya səfər edəcək.