BAKI, 31 avqust. TELEQRAF
“NATO-nun Arktikadakı hərbi fəaliyyətləri Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır və silahlı münaqişə riskini artırır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Arktika regionunun militarizasiyası sülh maraqlarından irəli gəlmir və Moskva ardıcıl olaraq öz maraqlarını müdafiə edəcək və qeyri-dost hərəkətlərə adekvat cavab verəcək.
“Rusiya dünyanın istənilən bölgəsində konstruktiv dialoqa üstünlük verir, amma zərurət yaranarsa, milli maraqlarımız bütün vasitələrlə qorunacaq”, - Lavrov əlavə edib.