BAKI, 18 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin 18 avqust gecəsi Rusiyaya qarşı dron hücumu 2026-cı ilin əvvəlindən bəri ən kütləvi hücumlardan biri olub.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ümumilikdə, Rusiya bölgələri üzərində 791 dron vurulub.
Yanvarın əvvəlindən bəri ən kütləvi dron hücumu avqustun 16-da baş verib. Həmin gün Rusiya ordusu 822 pilotsuz təyyarəni zərərsizləşdirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 18-də həyata keçirilən dron hücumu Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Tambov, Tula, Moskva və Krasnodar vilayətləri, eləcə də Ukraynanın işğal edilmiş Krım yarımadası, Azov və Qara dənizləri əhatə edib.
Moskva vilayəti üzərində 150-dən çox dron vurulub.