BAKI, 11 avqust. TELEQRAF

ABŞ Hind-Sakit okean regionunda hərbi mövcudluğunu genişləndirmək və çəkindirmə infrastrukturu qurmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.

“Mövcudluğumuzu fəal şəkildə genişləndirir, regiona silah tədarükünü artırır və real əks-təsir sisteminin arxitekturasını qururuq”, - o, Filippinə səfəri zamanı deyib.

Müdafiə nazirin müavini ABŞ-nin prioritetinin Malayziyadan Yaponiyaya qədər uzanan adalar zəncirini əhatə edən tam döyüş qabiliyyətinə malik və dayanıqlı çəkindirmə arxitekturasının yaradılması olduğunu açıqlayıb:

“ABŞ regiondakı tərəfdaşları ilə birlikdə ən vacib məqamlarda döyüş qabiliyyətini qoruyub saxlamaq üçün infrastruktur qurmağa, xüsusilə Sakit okeanın qərbində əlavə qüvvə və vasitələri əvvəlcədən yerləşdirməyə ümid edir”.

Kolbi əlavə edib ki, ABŞ Asiyanı tərk etmək niyyətində deyil, amma regiondakı tərəfdaşlarının öz müdafiələri üçün daha çox məsuliyyət daşımasını istəyir.