BAKI, 4 iyul. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Udmurtiya vilayətində təyinatı açıqlanmayan zavodu raketlərlə hədəfə alıb.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Breçalov məlumat verib.
“Bu gün hava hücumundan müdafiə qüvvələri Kiyev rejiminin daha bir hücumunu dəf edib. Udmurtiya səmasında raket vurulub. Müəssisələrdən birinə hücum cəhdi olub”, - o bildirib.
Breçalov heç bir itki və ya dağıntı barədə məlumat verməsə də, təcili yardım xidmətlərinin dağıntı yerində işlədiklərini vurğulayıb. Qubernator sakinlərə əlavə məlumatın veriləcəyini qeyd edib.
Xatırladaq ki, gecə saatlarında Ukraynadan 1400 km məsadəfə yerləşən Udmurtiyada raket həyəcanı elan olunub. Bu, təxminən bir saat yarım davam edib, Moskva vaxtı ilə səhər saat 4:38-də ləğv edilib.