BAKI, 1 iyul. TELEQRAF
Yeni Konstitusiyanın qüvvəyə minməsi ilə yaradılan Qazaxıstanın yeni birpalatalı parlamentinə - Qurultaya ilk seçkilər avqustun 23-də keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin verdiyi fərmanda bildirilib.
Qazaxıstan prezidentinin mətbuat xidməti tərəfindən dərc olunmuş sərəncamda deyilir: “Qazaxıstan Respublikası Qurultayına deputat seçkiləri 2026-cı il avqustun 23-nə təyin edilsin”.