BAKI, 30 iyun. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva YUNESKO-nun baş direktoru Xalid əl-Ənani ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasında əldə edilən razılaşmaların həyata keçirilməsi müzakirə olunub.

“İnsan kapitalının, süni intellektin və kreativ sənayelərin inkişafı, qadın liderliyinin dəstəklənməsi, eləcə də mədəni irsin qorunması məsələlərinə xüsusi diqqət yetirdik. YUNESKO-nun qərargahında keçirilən hər bir görüş strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək üçün yeni imkanlara qapı açır”, - Mirziyoyeva görüş barədə sosial media hesabında yazıb.