BAKI, 29 iyun. TELEQRAF

Qazaxıstan parlamenti iki ölkənin paytaxtlarında səfirliklər üçün torpaq sahələrinin qarşılıqlı ayrılması haqqında Qırğızıstanla imzalanmış sazişi ratifikasiya edib.

Teleqraf Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, sənəd imzalanması üçün dövlət başçısına təqdim olunub.

Sazişə əsasən, tərəflər Astana və Bişkek şəhərlərində diplomatik missiyaların fəaliyyəti üçün torpaq sahələrinin ayrılmasını nəzərdə tutur.

Qeyd edək ki, Qırğızıstanda sözügedən sənədin ratifikasiya prosesi artıq tam başa çatıb.