BAKI, 19 iyun. TELEQRAF
Pakistan xarici işlər naziri Məhəmməd İshaq ABŞ və İran arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan danışıqların Məhərrəm ayının gəlişi ilə əlaqədar təxirə salındığını iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
Dar qeyd edib ki, danışıqlar Məhərrəm ayı bitdikdən sonra yenidən başlayacaq, amma müəyyən edilmiş 60 günlük müddət ərzində anlaşma memorandumunun icrası prosesini irəli aparmaq üçün diplomatik səylər davam etdiriləcək.
Pakistan xarici işlər naziri həmçinin deyib ki, İslamabad dəvət olunarsa, bu proseslə bağlı gələcək diplomatik görüşlərdə və məsləhətləşmələrdə iştirak etməyə hazırdır.
İshaq Dar çıxışının digər hissəsində İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak edəcəyini açıqlayıb.