BAKI, 18 iyun. TELEQRAF
Pakistan xarici işlər naziri İshaq Dar kanadalı həmkarı Anita Anand ilə telefon danışığında ABŞ-İran anlaşma memorandumunu müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Anand Pakistanın ABŞ və İran arasındakı konstruktiv vasitəçiliyini yüksək qiymətləndirib. Kanalı nazir qeyd edib ki, İslamabadın səyləri iki tərəf arasında əldə olunan anlaşmanın asanlaşdırılmasına kömək edib.
Nazirlik həmçinin tərəflərin cümə günü İsveçrənin Bürgenştok şəhərində keçiriləcək görüşünü müzakirə etdiklərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi öhdəliyini bir daha təsdiqlədiklərini bildirib.