BAKI, 17 iyun. TELEQRAF

Yaponiyanın hakim koalisiyasına daxil olan “Yenilənmə Cəmiyyəti” Partiyası Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı gəmiləri ilə təchiz olunmasını tələb edərək, nüvə silahlarının idxalına qoyulan qadağanın aradan qaldırılmasını müzakirə etməyə çağırıb.

Teleqraf xəbər verir ki, partiya müvafiq sənədi tezliklə Baş nazir Sanae Takaiçiyə baxılması üçün təqdim edəcək.

Sənəd Tokionun fundamental təhlükəsizlik siyasəti prinsiplərinin yenidən nəzərdən keçirilməsi planlarının hazırlanmasına başlanması ilə əlaqədar olaraq hazırlanıb. Bunun ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Hakim koalisiyada əsas qüvvə olan Liberal-Demokrat Partiyası (LDP) artıq təkliflərini hazırlayıb. LDQ nüvə sualtı gəmiləri və ya nüvə silahlarının idxalına qoyulan qadağanın aradan qaldırılması barədə heç bir söz deməsə də, partiya daxilində bir çoxlarının bu mövqeyi dəstəklədiyi bildirilir.

Yaponiyanın “Üç Qeyri-Nüvə Prinsipi” var - nüvə silahına sahib olmamaq, istehsal etməmək və idxal etməmək. Bu, hökumətin qərarı ilə qəbul edilib, qanuni qüvvəyə malik deyil və nisbətən asanlıqla yenidən nəzərdən keçirilə bilər.