BAKI, 12 iyun. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan və Yaponiya arasında gəlirlərə dair ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi təsdiqləyən qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd 2025-ci il dekabrın 19-da Tokioda imzalanıb.
Qırğızıstan Joqorku Keneşi bundan əvvəl ölkənin daxili prosedurları tamamlaması üçün ratifikasiya haqqında qanun qəbul edib, prezidentin qərarı ilə saziş qüvvəyə minir.
Qeyd edilib ki, bu qanun beynəlxalq ikiqat vergitutma sahəsində yaranan hüquqi problem və məsələlərin həlli üçün vahid mexanizm rolunu oynayır.
Sənəd həm Qırğızıstanda, həm də Yaponiyada eyni gəlirin vergiyə cəlb edildiyi halları aradan qaldırmağı hədəfləyir. Bu, xüsusilə bir ölkədə gəlir əldə edən, amma digər ölkənin rezidenti olan şirkətlər, investorlar və fiziki şəxslər üçün mühüm əhəmiyyət daşıyır.