BAKI, 9 iyun. TELEQRAF
İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra Rusiyanın təhlükəsizlik xidmətləri Prezident Vladimir Putin və ətrafını qoruyan xüsusi videonəzarət sisteminin bir hissəsini söndürüb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu addım İsrail kəşfiyyatının (MOSSAD) Tehrandakı yol hərəkəti kameralarından əldə edilən məlumatlardan istifadə edərək Xameneinin yerini dəqiq müəyyən etdiyi üzə çıxdıqdan sonra atılıb.
Rusiyadakı xüsusi kameralar da yalnız sistem internetdən maksimum dərəcədə təcrid olunduqdan və sınaqdan keçirildikdən sonra yenidən işə salınıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bundan əvvəl xəbərdarlıq etmişdi ki, süni intellektin inkişafı xarici kəşfiyyat orqanlarına çoxlu sayda videogörüntüləri təhlil etməyə və mətn sorğularından istifadə edərək hədəflərin hərəkətlərini müəyyən etməyə imkan verdiyindən, genişmiqyaslı videonəzarət sistemləri zəifləyib.
Moskvanın tədbirlərinə baxmayaraq, ukraynalı haker FT-yə bildirib ki, Kremlin yaxınlığındakı kameralar hələ də müntəzəm olaraq haker hücumuna məruz qalır.