BAKI, 5 iyun. TELEQRAF
İslamabaddakı Türkmənistan səfirliyində Pakistanın parlament İşləri üzrə naziri Tariq Fəzal Çaudri ilə görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Türkmənistan səfiri A. Mövlamov nazirə ölkənin daxili və xarici siyasət prioritetləri, regional enerji və infrastruktur layihələrinin icrası barədə məlumat verib.
Tərəflər regional sabitlik, parlamentlərarası mübadilə və enerji, nəqliyyat, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdən sonra ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı maraq bir daha təsdiqlənib.