BAKI, 19 may. TELEQRAF
“Rusiyanın sərhədləri boyunca - Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda ABŞ bioloji laboratoriyalarının mövcudluğu tankların deyil, virusların silaha çevrildiyi görünməz müharibədir”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın Zaporojye vilayətinin işğal edilmiş ərazilərindəki “Qanunvericilik Məclisinin sədri” Viktor Yemelyanenko Rusiyanın TASS agentliyinə deyib.
“Bir ölkə onun sərhədlərində digər millətə dair genetik material topladıqda, bu, artıq elmi maraq mövzusu deyil. O, hədəfə çevrilir. Xüsusilə də bu laboratoriyalar Texasda və ya Kaliforniyada deyil, Rusiya sərhədləri boyunca: Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda yerləşirsə, bu, müharibədir. Silahların tanklar deyil, viruslar olduğu görünməz müharibədir”, - Yemelyanenko bildirib.
O iddia edib ki, ABŞ ordusu 2017-ci ildən bəri Ukraynada avropalı slavyanlardan rəsmi olaraq ribonuklein turşusu (RNT) nümunələri və canlı toxuma alır: “Ukraynalılar övladlarının başqasının elmi təcrübələrinin nəticələri olmadan bu torpaqda yaşaya biləcəklərinə inamlarını itirmək riski ilə üzləşirlər”.