BAKI, 15 may. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstanın Türküstan şəhərinə işgüzar səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı liderlər Qırğızıstanla Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyəsini və münasibətlərin dinamik inkişafını qeyd ediblər. Tərəflər ticarət, investisiya, enerji, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar əməkdaşlıq sahələrində birgə layihələrə xüsusi diqqət yetiriblər.

Japarov və Mirziyoyev ikitərəfli strateji tərəfdaşlığı daha da gücləndirmək və əsas sahələrdə əməkdaşlığı genişləndirmək öhdəliklərini təsdiqləyib.

Prezidentlər həmçinin regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsi üçün birgə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.