BAKI, 23 aprel. TELEQRAF

“ABŞ-İran danışıqlar xəttində ciddi durğunluq var”.

Teleqraf xəbər verir ki, bunu pakistanlı diplomat Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına deyib.

Diplomatın sözlərinə görə, Tehran ABŞ-nin İrana tətbiq etdiyi blokadanın danışıqlara əsas maneə olması barədə İslamabadı məlumatlandırıb.

“Blokadanı yüngülləşdirmək üçün İran nümayəndə heyətini İslamabada gəlməyə razı salmağa çalışırıq. ABŞ isə hələ də İrana qarşı blokadanın davam etdirilməsində israrlıdır. Danışıqlarda çox zəif irəliləyiş var”, - Pakistan rəsmisi əlavə edib.