BAKI, 17 aprel. TELEQRAF
Aşqabadda Türkmənistan-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin 7-ci iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasda ticari-iqtisadi, məqliyyat və logistika, sənaye sektoru və humanitar əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Görüşün yekununda enerji, təhsil, elm, nəqliyyat, mədəniyyət, tibb və süni intellekt sahələrində sazişlər və memorandumlar imzalanıb. 2026-2030-cu illər üçün əməkdaşlıq proqramı təsdiq edilib və komitə iclasının yekun protokolları imzalanıb.
Tərəflər əldə edilən razılaşmaların Türkmənistan-Çin əməkdaşlığının daha da gücləndirilməsinə yönəldiyini qeyd ediblər.