BAKI, 13 aprel. TELEQRAF

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin qardaşı Əhməd Bakiyev vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bakiyev son illərdə Özbəkistanda yaşayıb, uzun müddətdir xəstə idi. Ölümün dəqiq səbəbi məlum deyil.

Əhməd Bakiyev əvvəllər Qırğızıstanda bir neçə cinayət işində ittiham olunub. 2012-ci ildə kütləvi iğtişaşların təşkilində ittiham olunsa da, daha sonra cəzaçəkmə müəssisəsindən qaçıb. O vaxtdan bəri ölkə xaricindədir.