BAKI, 11 aprel. TELEQRAF
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəisi Kamçıbek Taşiyev növbəti dəfə Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, dindirilmə aprelin 10-da baş tutub. Kamçıbek Taşiyevin prosessual statusu hazırda bəlli deyil.
Mənbələrə görə, bu, onun istintaq orqanında ilk dindirilməsi deyil. Taşiyev bundan əvvəl də şahid qismində dindirilmiş, proses təxminən beş saat davam etmişdi.
Xatırladaq ki, ötən həftə Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərinin qardaşı, sabiq deputat Şairbek Taşiyev “Qırğınefteqaz”ın fəaliyyəti ilə bağlı cinayət işi ilə əlaqədar həbs edilib.