BAKI, 8 aprel. TELEQRAF

Tayvanın əsas müxalifət partiyası “Qomindan”ın sədri Çen Li-vun rəsmi səfərlə Çinə gəlib.

Teleqraf xəbər verir ki, bu, bu, son on ildə bu səviyyədə həyata keçirilən ilk səfərdir.

Çen Li-vun altı günlük səfərini “sülh missiyası” adlandıraraq bildirib ki, məqsədi Tayvan və Çinin müharibəyə məhkum olmadığını göstərməkdir.

Səfər çərçivəsində onun Çin Sədri Si Cinpinlə görüşü gözlənilir. Amma Tayvanın hakimiyyəti və ekspert dairələri bu səfərə ehtiyatla yanaşır. Onların fikrincə, Pekin bundan istifadə edərək adanın müdafiə planlarını zəiflədə və daxili siyasi parçalanma yarada bilər.

Hadisə regionda gərginliyin artdığı və ABŞ Prezidenti Donald Trampın mayda Çinə planlaşdırılan səfəri ərəfəsində baş verir.

Tənqidlərə cavab olaraq Çen Li-vun deyib: “Bu səfər yalnız boğazın hər iki tərəfi arasında sülh və sabitliyin təmin olunmasına yönəlib, silahlanma və ya digər məsələlərlə heç bir əlaqəsi yoxdur”.