BAKI, 7 aprel. TELEQRAF
Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun tədqiqatçıları Korneli Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzində birgə tədqiqatlara başlayıblar.
Teleqraf xəbər verir ki, birgə araşdırma iki tədqiqat mərkəzi arasında anlaşma memorandumu çərçivəsində həyata keçirilir.
Bir ay ərzində mütəxəssislər Gürcüstan kolleksiyalarında saxlanılan türkmən xalqının tarixi-mədəni irsi ilə bağlı nadir Şərq əlyazmalarını öyrənəcək və sistematli şəkildə təhlil edəcəklər. Əsas diqqət bu unikal materialların bərpasına, rəqəmsallaşdırılmasına və kataloqlaşdırılmasına yönəldiləcək.