BAKI, 23 mart. TELEQRAF
Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Bişkekdə Monteneqro baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Qırğızıstan-Monteneqro ikitərəfli əməkdaşlığının aktual məsələləri və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Bişkekdə Monteneqronun Fəxri Konsulluğunun açılışı olub.