BAKI, 23 mart. TELEQRAF

Yaponiya hökuməti Yaxın Şərqdə davam edən gərginlik fonunda Qazaxıstandan neft idxalını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Yaponiya agentliyi yazıb ki, bu addım ölkənin neft təchizatı mənbələrini şaxələndirmək strategiyasının bir hissəsi kimi nəzərdən keçirilir.

Bundan əvvəl də bildirilmişdi ki, Yaponiya Yaxın Şərqdə davam edən böhran fonunda ABŞ-dən Alyaskadan neft tədarükünün təşkilini xahiş etmək niyyətindədir. Yaponiya neftinin təxminən 90 faizini Yaxın Şərqdən idxal edir.