BAKI, 18 mart. TELEQRAF

Qazaxıstanla Rusiya arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sərhəd ərazilərində zərərverici çəyirtkələrin yayılmasının qarşısını almaq üçün 2026-cı il üçün birgə fəaliyyət planının hazırlanması və imzalanması barədə razılıq əldə edilib.

Teleqraf xəbər verir ki, qərar Qazaxıstan və Rusiya Kənd Təsərrüfatı nazirliyinin nümayəndələrinin görüşündə qəbul edilib.

Görüş zamanı mövcud fitosanitar vəziyyət, eləcə də monitorinq sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi mexanizmləri, çəyirtkə ocaqlarının vaxtında müəyyən edilməsi və qoruyucu tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

İki ölkənin ixtisaslaşmış qurumlarının işinin əlaqələndirilməsi və vegetasiya mövsümündə sürətli məlumat mübadiləsinin təşkilinə xüsusi diqqət yetirilib.