BAKI, 17 mart. TELEQRAF
Türkmənistanın avtomobil yolları naziri Xangəldi Kərimov Özbəkistanın Aşqabaddakı səfiri Ravşanbek Alimovla yol tikintisi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.
Teleqraf xəbər verir ki, tərəflər ölkələr arasında nəqliyyat və tranzit dəhlizlərinin inkişafı ətrafında da fikir mübadiləsi aparıblar.
Yol sektorunda müasir texnologiyaların tətbiqi, infrastruktur layihələrinin rəqəmsal idarə olunması, körpülər və digər nəqliyyat obyektlərinin layihələndirilməsi və təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.
Qeyd edilib ki, Aşqabad-Türkmənabad sürətli yolunun istifadəyə verilməsi ticarət və yükdaşımaların artmasına, eləcə də beynəlxalq tranzit marşrutlarının inkişafına töhfə verə bilər.
Həmsöhbətlər qarşılıqlı səfərlər, ekspert görüşləri və birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla, praktiki əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.