BAKI, 12 mart. TELEQRAF
Türkmənistan Dövlət Miqrasiya Xidməti ilə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin nümayəndələri arasında videokonfrans vasitəsilə işgüzar görüş keçirilib.
Teleqraf xəbər verir ki, danışıqlar zamanı tərəflər miqrasiya sahəsində Türkmənistan-Türkiyə əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı fəaliyyətin əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
İştirakçılar həmçinin beynəlxalq təşkilatlar çərçivəsində birgə işin vacibliyini qeyd edərək, iki ölkə arasında miqrasiya sahəsində tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.