BAKI, 11 mart. TELEQRAF
ABŞ hökuməti ölkədə qalmaq üçün qanuni icazəsi olmayan 72 Özbəkistan vətəndaşını geri göndərib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Daşkənddəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident Donald Tramp vəzifəyə başlayandan bəri ABŞ qanunsuz miqrasiyanın qarşısını almaq, sərhədləri və vətəndaşlarını qorumaq öhdəliklərinin bir hissəsi olaraq 1000-dən çox Özbəkistan vətəndaşını deportasiya edib.