BAKI, 19 fevral. TELEQRAF
“Rusiyanı qonşu ölkələrdən sıxışdırıb çıxarmaq cəhdləri Moskvanı məğlub etmək strategiyasının bir hissəsidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Əfsuslar olsun ki, “kollektiv Qərb” adlandırılan qüvvələr məqsədlərini gizlətmirlər, məqsədləri Rusiyanı yaxın ətrafından sıxışdırıb çıxarmaqdır. Bu da məhz Rusiyanı strateji cəhətdən məğlub etməyə yönəlmiş strategiyanın tərkib hissəsidir”, - diplomat vurğulayıb.
Qaluzinin sözlərinə görə, Qərb Rusiya ilə keçmiş Sovet İttifaqı ölkələri arasında qarşıdurma yaratmağa çalışır:
“Bu strategiyanın bir hissəsi də Rusiyanı yaxın ətrafından sıxışdırmaq, bizimlə qonşularımız, o cümlədən keçmiş sovet ölkələri arasında nifaq toxumu səpmək cəhdləridir. Üstəlik, bu cəhdlər gizlədilmir”.