BAKI, 17 fevral. TELEQRAF

Qırğızıstan Joqorku Keneşinin Konstitusiya Qanunvericiliyi, Dövlət Quruluşu, Məhkəmə-Hüquq Məsələləri və Reqlament Komitəsi bir sıra qurumların rəhbərlərinin namizədliyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Kabar” məlumat yayıb.

Parlament komitəsinin üzvləri aşağıdakı namizədlərin təyin edilməsi barədə razılığa gəliblər:

Jumqalbek Şabdanbekov Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə;

Urmatbek Şamırkanov fövqəladə hallar naziri vəzifəsinə;

Akıl Toktobayev təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri vəzifəsinə;

Talantbek Soltobayev nəqliyyat və rabitə naziri vəzifəsinə.