BAKI, 10 fevral. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Kamçıbek Taşiyevin baş nazirin müavini və Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifələrindən azad edilməsi barədə qərarı cəmiyyətdə parçalanmanın qarşısını almaq və dövlətin maraqları naminə qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alagözov məlumat verib.

“Prezident qərarını qısa şəkildə belə izah edib: “Hər şeydən əvvəl bu qərarı dövlətimizin maraqları naminə, cəmiyyətdə, o cümlədən dövlət strukturları arasında parçalanmaya yol verməmək, birliyi möhkəmləndirmək üçün qəbul etdim”, - Alagözov bildirib.

Qeyd edək ki, vəzifələrindən azad edilən Kamçıbek Taşiyevin yerinə Qırğızıstan liderinin fərmanı ilə Jumqalbek Şabdanbekov təyin olunub.