BAKI, 10 fevral. TELEQRAF

Kamçıbek Taşiyev Qırğızıstan baş nazirinin müavini və Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.

Müvafiq sərəncamı Qırğızıstan Prezident Sadır Japarov imzalayıb.

Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.