BAKI, 10 fevral. TELEQRAF

“Rusiya Avrasiya məkanında bərabərlik və bölünməz təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Avrasiya məkanında bərabərlik və bölünməz təhlükəsizlik, eləcə də geniş praktik əməkdaşlıq arxitekturasının yaradılması istiqamətində işləyirik”, - o bildirib.

Lavrov vurğulayıb ki, Rusiya qarşılıqlı anlaşma, etimad və mehriban qonşuluq prinsiplərinə əsaslanan dürüst beynəlxalq əməkdaşlığın qurulmasında maraqlıdır:

“Bu baxımdan ikitərəfli razılaşmaların bağlanmasına və icrasına xüsusi əhəmiyyət veririk. Bunların sırasında Belarusla təhlükəsizlik zəmanətləri haqqında saziş, eləcə də Şimali Koreya və İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilələrimiz var”.