BAKI, 23 oktyabr. TELEQRAF
Yaponiyanın Baş naziri Takaiçi Sanae şəxsi məlumatları hədəf alan son kiberhücumlar səbəbindən təhlükəsizlik tədbirlərini artıracaqlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, hakim Liberal Demokrat Partiyasının (LDP) sədri olan Takaiçi kiberhücumlarla mübarizə üçün yeni mərkəzin yaradılmasını təklif edib.
O, son zamanlar şəxsi məlumatları hədəf alan kiberhücumlar səbəbindən hökumətin müxtəlif nazirlik və qurumlarda təhlükəsizlik tədbirlərini artıracağını bildirib.
"Kyodo" xəbər agentliyinin məlumatına görə, Yaponiya hökuməti kibertəhdidlərə qarşı hazırlığı artırmaq və boşluqları müəyyən etmək üçün ekspertlər qrupu yaradacaq.
İnternetVeb saytlarda və korporativ tətbiqlərdə geniş istifadə olunan PHP proqramlaşdırma dilində aşkar edilmiş iki kritik təhlükəsizlik zəifliyini aradan qaldırmaq üçün dünya miqyasında yeni tədbirlər həyata keçirilir.
Yaponiyada təhlükəsizlik boşluqları aşkar edildikdən sonra bəzi nazirlik və qurumların veb saytları da qismən dayandırılıb.