BAKI, 23 oktyabr. TELEQRAF
Cənubi Koreyada polis bir mənzil binasının kanalizasiya borularında zədələnmiş SİM kartlar aşkar etdikdən sonra telefon fırıldaqçıları şəbəkəsini aşkar edib.
Teleqraf xəbər verir ki, fırıldaqçılıq şəbəkəsinı 20 yaşlı Rusiya vətəndaşı rəhbərlik edib.
Polis Busan şəhərindəki bir studiya mənzilində beynəlxalq zəngi yerli zəng kimi gizlədə bilən telekommunikasiya avadanlıqları tapıb.
Qeyd olunur ki, bir çox Cənubi Koreya vətəndaşı beynəlxalq və ya internet nömrələrindən gələn zənglərə cavab vermirlər.
Cinayətkar qrup yeni qurğu vasitəsilə yerli operatorların nömrələri ilə Koreya Respublikasının vətəndaşlarına zəng edib, aldadıblar. Vətəndaşlar aldanıldıqlarını anladıqdan sonra polisə və mobil operatorlara şikayət ediblər. Fırıldaqçılar da öz növbəsində bloklanmış SİM kartları tualetə atıblar.
İşin üstü təsadüfən açılıb. Polis çoxmənzilli binanın kanalizasiya borularında çoxlu sayda doğranmış SİM kartın tapılması barədə məlumat aldıqdan sonra araşdırmaya başlayıb.
Polis şəbəkənin 101 üzvününün izinə düşüb. Onlardan bir neçəsi saxlanılıb. Müstəntiqlər hesab edirlər ki, dəstənin liderləri Çin vətəndaşlarıdır və xaricdə yaşayırlar. Ümumilikdə 400 telekommunikasiya avadanlığı və 5000-dən çox SIM kart müsadirə edilib. Busan polisi iddia edib ki, cinayətkarlar Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən rusdilli miqrantları və tələbələri öz şəbəkələrinə cəlb ediblər.
On doqquz nəfər fırıldaqçılığın qurbanı olub və dəymiş zərər 1,5 milyard von (1,1 milyon dollar) qiymətləndirilir.