BAKI, 9 fevral. TELEQRAF

Özbəkistanın Budapeştdəki səfirliyində Macarıstanın MVM EGI Zrt şirkətinin baş direktoru Peter Karpat ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistanda tikilən AES-də quru soyutma texnologiyasının tətbiqi layihəsinin icra prosesi və növbəti addımlar müzakirə olunub.

Layihənin hazırkı vəziyyəti, texniki-təşkilati məsələlər və işlərin əlaqələndirilməsi xüsusilə diqqət mərkəzində olub.

Layihəni tam əməliyyat mərhələsinə keçirmək üçün üçtərəfli sazişin imzalanma prosesini sürətləndirməyin məqsədəuyğun olduğu bildirilib. Tərəflər sənədin vaxtında rəsmiləşdirilməsinin layihəni dəqiq plan əsasında sürətləndirmək, vəzifələrin bölüşdürülməsini müəyyən etmək və növbəti işlərin qrafikini əlaqələndirmək baxımından vacib olduğunu vurğulayıblar.