BAKI, 6 fevral. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İslamabada dövlət səfəri çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari ilə məhdud çərçivədə və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Özbəkistan və Pakistan arasında çoxşaxəli əməkdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mövcud istiqamətlər müzakirə olunub.