BAKI, 3 fevral. TELEQRAF

Qırğızıstandan Özbəkistana 9,5 mindən çox güclü təsirə malik dərman preparatının keçirilməsinə cəhd göstərilib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Fərqanə vilayətində Özbəkistan-Qırğızıstan sərhədini qanunsuz keçən 43 yaşlı kişinin üzərindən 1 milyard 320 milyon som dəyərində 9 542 ədəd güclü təsirə malik “Zardeks” dərman preparatları aşkar edilərək müsadirə olunub.

Saxlanılan şəxs barəsində sərhədi qanunsuz keçmə, kontrabanda və güclü təsirli dərman vasitələrinin qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb. O, həbs edilib və istintaq başlanıb.