BAKI, 26 yanvar. TELEQRAF

Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev Prezident Administrasiyasının iclasında 2025-ci ilin ikinci yarısı üçün İctimai Etimad İndeksi sorğusunun nəticələrini təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

O xatırladıb ki, bu monitorinq Milli Statistika Komitəsi tərəfindən hər altı aydan bir aparılır. Tədqiqat ölkənin yeddi bölgəsini, eləcə də Bişkek və Oş şəhərlərini əhatə edib.

2025-ci ilin ikinci yarısının nəticələrinə əsasən, indeks 46,2 bala çataraq tarixi rekord qırıb. Bu, 2024-cü ilin göstəricilərindən 18 faiz yüksəkdir.

Baş nazir qeyd edib ki, indeksdə belə əhəmiyyətli artım ictimaiyyətin Qırğızıstan Prezidenti Sadır Japarovun yürütdüyü siyasət və onun komandasının fəaliyyətinə yüksək inamını birbaşa təsdiqləyir: “Son illərdə ölkədə həyata keçirilən dərin sosial-iqtisadi islahatlar dövlət qurumlarının səmərəliliyinin və onların ictimai tələbata yönəlməsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını əyani şəkildə nümayiş etdirir”.