BAKI, 19 yanvar. TELEQRAF
Qırğızıstan parlamentinin (Joqorku Keneş) Maliyyə, Büdcə, Sahibkarlıq və Rəqabətin inkişafı üzrə Komitəsi pandemiyaların qarşısının alınması, ərzaq sistemlərinin davamlılığının təmin olunması və Mərkəzi Asiyada ekosistem sağlamlığının qorunması üzrə maliyyələşdirmə sazişini birinci oxunuşda təsdiqləyib.
Teleqraf xəbər verir ki, saziş Qırğızıstanla Beynəlxalq İnkişaf Assosiasiyası və Bərpa və İnkişaf Beynəlxalq Bankı arasında imzalanıb.
Layihə çərçivəsində Qırğızıstana 30 milyon dollar kredit, 1,79 milyon dollar qrant ayrılacaq.
Kredit vəsaiti 50 il müddətinə, 10 illik güzəştli müddətlə və faizsiz şərtlərlə veriləcək. Kredit ödənişinin son tarixi 15 dekabr 2074-cü ildir.