BAKI, 15 yanvar. TELEQRAF

Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Qərb ölkələrinin Qırğızıstan şirkətlərinə qarşı əsassız sanksiyalar tətbiq etməsini səhv adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Bişkekdə mətbuat konfransında bildirib.

“Şirkətlərimizə qarşı bu cür sanksiyaların tətbiq edilməsinin səhv olduğuna inanırıq", - nazir deyib.

Kulubayev Qərb ölkələrindən Qırğızıstan şirkətlərinin Rusiyaya tətbiq edilən sanksiyaları pozduğuna dair dəlillər təqdim etmələrini istəyib.