BAKI, 13 yanvar. TELEQRAF

Prokurorlar məhkəmədən Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yolun qiyam işi üzrə ölüm cəzası ilə cəzalandırılmasını tələb ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Cənubi Koreya Cinayət Məcəlləsində qiyam təşkilinə görə üç cəza növü nəzərdə tutulur: ölüm cəzası, ömürlük həbs, ağır işlərə cəlb edilmədən ömürlük həbs. Cənubi Koreyada 1997-ci ildən bəri edam tətbiq edilmir.

Yun Sok-yol 2024-cü ilin dekabrında Konstitusiyanı pozaraq, hərbi vəziyyət zamanı qiyam təşkil etməkdə ittiham olunur. Xüsusilə, o, parlamenti mühasirəyə almaq üçün ordu və polis qüvvələrinə əmr verməkdə, deputatların hərbi vəziyyəti ləğv etməsinin qarşısını almaqda təqsirləndirilir. Məhkəmənin bu iş üzrə hökmü fevralın əvvəllərində gözlənilir.