BAKI, 12 yanvar. TELEQRAF

Qırğızıstanda qarayara (Sibir xorası) ocaqlarının aradan qaldırılması yekunlaşmaq üzrədir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baytarlıq və Heyvandarlığın İnkişafı Xidmətinin direktoru Adilet Sotovaldiyev məlumat verib.

2023-cü ildə qarayara ocaqlarının inventarizasiyası aparılıb. Qırğızıstan ərazisində ümumilikdə 567 belə ocaq qeydə alınıb.

Adilet Sotovaldiyev bildirib ki, bu günə qədər yerli hakimiyyət orqanlarının səyləri ilə 560 ocaq tam aradan qaldırılıb, bu da ümumi sayın təxminən 95 faizi deməkdir. Rəsminin qeyd etdiyinə görə, işlər başa çatmaq üzrədir.