BAKI, 12 yanvar. TELEQRAF

MDB Elektrik Enerjisi Şurası Birliyin yanacaq-enerji kompleksinin 2050-ci ilə qədər inkişafı üçün strategiya hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.

“Sənayenin inkişafı üçün əlavə mexanizmlər hazırlamaq və yanacaq-enerji kompleksinə təsir edən və əlaqələndirilmiş səylər tələb edən çağırışlara effektiv şəkildə cavab vermək məqsədilə MDB Elektrik Enerjisi Şurası üzv dövlətlərin yanacaq-enerji kompleksinin 2050-ci ilə qədər inkişafı üzrə strategiya layihəsi hazırlayır”, - o bildirib.

Enerji sabitliyindən danışan Lebedev vurğulayıb ki, MDB ölkələri enerji təhlükəsizliyinin təmin edilməsini öz dövlət siyasətinin prioritetlərindən biri və bu sahədə əsas əməkdaşlıq sahəsi hesab edirlər.

MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan daxildir.