BAKI, 5 yanvar. TELEQRAF
2030-cu ilə qədər Özbəkistan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələrin sayı 50-yə çatacaq. Bu məqsədlər 2026-2030-cu illər üçün yenilənmiş inkişaf strategiyasının layihəsində müəyyən edilib.
Teleqraf xəbər verir ki, yaxın illərdə vizasız və ya güzəştli səyahətlə bağlı yeni beynəlxalq müqavilələr bağlanacaq.
Xüsusilə, 2026-cı ildə iki, 2027-ci ildə isə beş ölkə ilə razılaşmaların əldə edilməsi planlaşdırılır. 2028-ci ilə qədər vizasız səyahət istiqamətlərinin sayının 45, 2029-cu ildə 48, 2030-cu ildə 50-yə çatacağı gözlənilir.
Hazırda Özbəkistan vətəndaşları 35 ölkəyə vizasız səyahət edə bilirlər, daha 42 ölkə isə güzəştli giriş təklif edir.