BAKI, 25 dekabr. TELEQRAF

Hazırda Yer kürəsində ən aşağı temperatur Yakutiyada müşahidə olunur, burada termometr -56°C-yə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Tiksidə məktəblər və uşaq bağçaları bağlanıb. Artıq bir neçə gündür bölgədə güclü qar fırtınası baş qaldırıb və evləri uçurur.

Həmçinin, yaxın günlər üçün hava proqnozuna görə, Yakutiyada temperatur -60°C-yə çatacaq.